Futbolçular etiraza qalxdı, məşqi boykot etdi - Komandada vəziyyət gərgindir

26 Mart 14:00 Qalmaqal 3 421
Futbolçular etiraza qalxdı, məşqi boykot etdi - Komandada vəziyyət gərgindir

I Liqada yarışan «Zaqatala»da «bıçaq sümüyə dirənib».

Xeyli müddətdir maliyyə çatışmazlığından əziyyət çəkən komandanın üzvləri iki məşqə çıxmayıb.

Bu barədə redaksiyamıza futbolçuların özləri məlumat verib.

Onların dediyinə görə, klub rəhbərliyi müqavilə öhdəliklərinə əməl etmir. Oyunçular müqavilədə nəzərdə tutulan əməkhaqlarını ala bilmədiklərini, vəd olunan mükafatların ödənilmədiyini söyləyib.

Qeyd ediblər ki, rəsmilər kollektivlə görüşdən müxtəlif bəhanələrlə yayınır, baş məşqçi Rüstəm Məmmədov isə quru vədlər verməkdən yorulub, çünki aylardan bəri dəyişən heç nə yoxdur.

Futbolçular iddia edib ki, kluba kənardan kimsə dəstək göstərmir, bircə Musa Qurbanovdan başqa.

Müşahidə Şurasının sabiq sədri isə yalnız gücü çatdığı qədər «Zaqatala»ya kömək əlini uzadır, amma təbii ki, bu, kifayət etmir.

Əyalət klubu 18 tur ərzində 23 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində yer alıb. «Zaqata» ondan bir üst sıradakı «Baku Sportinq»dən 2 xal geri qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti