Azərbaycanda baş məşqçi elə qərar qəbul etdi ki… 0:10-a görə

22 Mart 21:15 Qalmaqal 2 455
Azərbaycanda baş məşqçi elə qərar qəbul etdi ki… 0:10-a görə

II Liqada yarışan “Araz Saatlı”nın futbolçuları maaşdan məhrum olub.

Aran təmsilçisinin oyunçuları mart ayının əməkhaqqısını almayacaq.

Bu barədə onlara baş məşqçi Şəhriyar Məmmədov məlumat verib. 2024-cü ilin aprelindən bəri komandanı çalışdıran mütəxəssis sərt qərara səbəb olaraq XVII turda “Şəfa”ya 0:10 hesablı məğlubiyyət göstərib.

Naxçıvanlı sükançı hələ karyerası ərzində belə biabırçı hesabla uduzmadığını, bu hadisəni heç vaxt unutmayacağını söyləyib. O, bütün kollektivi müqəssir çıxarıb, verdiyi tapşırıqların yerinə yetirilmədiyini iddia edib.

Beləcə, Azərbaycan çempionatında mövsümün yeni rekordu qeydə alınıb. Bununla da, “Şəfa” ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran komanda olub.

I Liqaya vəsiqə uğrunda mübarizə aparan kollektiv hazırda ikinci pillədə qərarlaşıb. Elgiz Kərəmlinin drujinası turnir cədvəlinin lideri olan “Şahdağ“dan cəmi 4 xal geri qalır.

“Şəfa” rəhbərliyi Saatlıdakı darmadağına görə mükafat ayırıb. Həmin məbləğ 5000 manatdan bir qədər azdır.

Bunadək mövsümün rekordu “Göygöl”ə məxsus idi. Onlar II Liqada ötən il keçirilən ev matçında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib.

Ölkə çempionatları və kuboku tarixində bir komandanın 10 və daha çox qol vurmasına son 8 mövsümdə ilk dəfə təsadüf olunub.

Sonuncu belə oyun 2016/17 mövsümündə qeydə alınıb. Belə ki, 2016-cı il noyabrın 24-də “Səbail” “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 18:10 Bu da Santusla İLK!