“Araz” - “Qarabağ” davası yenidən araşdırılır, ağır cəzalar gözlənilir… VİDEO

11 Mart 11:40 Qalmaqal 2 636
“Araz” - “Qarabağ” davası yenidən araşdırılır, ağır cəzalar gözlənilir… VİDEO

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclasının keçirilməsi nəzərdə tutulub.

Yığıncaqda Premyer Liqanın 26-cı turunda baş verən hadisələrə hüquqi qiymət veriləcək.

Əldə etdiyimiz məlumata görə, komitə “Araz-Naxçıvan” - “Qarabağ” matçında (1:3) yaşanan qalmaqalı araşdıracaq.

Xatırlatma: 80-ci dəqiqələrdə Ağdam klubunun yarımmüdafiəçisi Yassin Benzia rəqibi Felipe Santosu qıcıqlandırıb. Bu isə hər iki komandanın futbolçularının əlbəyaxa davasına səbəb olub.

Nəticədə "Araz-Naxçıvan"dan Felipe Santos qırmızı, Bəxtiyar Həsənalızadə və Karlos Jatoba sarı vərəqələr alıblar. "Qarabağ"dan isə Marko Yankoviç və Yassin Benziaya sarı vərəqə göstərilib.

Redaksiyamızdakı məlumata görə, referi Kamal Umudlunun, həmçinin VAR hakimi Əliyar Ağayevin insidentə göstərdiyi münasibət federasiya mənsublarını qane etməyib.

Qurumun üst rəsmiləri bu qənaətdədir ki, hakimlər briqadası olaya düzgün qiymət verməyib, dava-dalaşda iştirak edənlərin heç də hamısı layiqli cəza almayıb.

Komitəyə olayın ciddi surətdə araşdırılması tapşırılır. Buna əsasən, hər iki tərəfdən daha 2-3 futbolçunun cəzalandırılması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti