“Pulunu verin, sonra...” - Komandanın futbolçularını getdiyi hər restorandan qovurlar!

11 Mart 13:00 Qalmaqal 688
“Pulunu verin, sonra...” - Komandanın futbolçularını getdiyi hər restorandan qovurlar!

Füzuli Məmmədovu sükan arxasına gətirən «Mingəçevir»in başı qalmaqaldan ayrılmır.

Hakimlərin köməyi ilə rəqiblərinə «toy tutan» və I Liqada vəziyyətini yaxşılaşdıran «işıqçılar» növbəti xoşagəlməz hadisəylə üzləşib.

Bu barədə redaksiyamıza futbolçuların özləri məlumat verib. Onların bildirdiyinə görə, komanda son vaxtlar 3 restorandan qovulub:

«Bizə Mingəçevirdə otel tutublar, orada qalırıq. Əvvəl elə bu otelin restoranında yemək yeyirdik.

Sonra iki dəfə yerimizi dəyişmişik. Hara gedirik, üç-beş gün keçir, bizi həmin yerlərdən də çıxarırlar.

Bazarın içində kafe var, komandanı orada da qoymurlar artıq. Bizə deyirlər ki, arada pul söhbəti var.

Hər gün 24 nəfərlik sifariş verilsə də, istənilən yeməyi bişirmirlər. Hətta bir dəfə restoranın sahibi bizə dedi ki, pul versinlər, gedib ərzaq alıb o yeməkləri bişirək.

Bizim rəhbərlik bilmir problemi necə həll eləsin. Füzuli isə hər gün deyinir.

Onun zırıldamağı bizə də xoş gəlmir. Hər səhər yuxudan oyanandan sonra özümüz-özümüzə zarafatla deyirik ki, görəsən, görəsən, bir azdan gedəcəyimiz restorandan bizi qovmayacaqlar?

Yaxşı yeməyə də tamarzıyıq. Füzuli hər səhər otağımızın qabağını kəsdirir ki, durun, çəkiyə gedirik.

Elə bil, «gestapo»dur. Kimdə çəki bir balaca çox olan kimi cəriməni «belimizə yükləyir. Özümüzü futbolçu yox, robot kimi hiss edirik».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti