“Neftçi”nin oyunundan sonra yaşanan olayların ANBAAN VİDEOsu

12 Mart 16:40 Qalmaqal 894
“Neftçi”nin oyunundan sonra yaşanan olayların ANBAAN VİDEOsu

“Neftçi” – “Turan Tovuz” qarşılaşmasının son dəqiqələri kifayət qədər maraqlı alındı.

Qol vurulmayan oyunun 88-ci dəqiqəsində meydan sahibləri hesabı açdı, hakimin final fitinə saniyələr qalmış qərb təmsilçisi status-kvonu bərpa etdi.

Oyundan sonra tribunalarda fərqli atmosfer yaşanırdı. Tovuzlu azarkeşlər təxminən 75 dəqiqə azlıqda qalan sevimli komandalarının meydanı 1 xalla tərk etməsini bayram kimi qeyd edir, bakılı fanatlar susqunluğu pozmaq istəmirdi.

Bu an qonaq tərəfdarların “Neftçi”nin ünvanına atmaca atması “Forza Neftçi”liləri dilə gətirdi. Bakılı fanatlar “Turan Tovuz”u hədəf seçdi və qarşılıqlı “atışmalar” yaşandı.

Yeri gəlmişkən, xal itirdikləri əksər matçlardan sonra paltardəyişmə otağına tələsən “ağ-qaralar”ın bəzi futbolçuları bu dəfə “Forza Neftçi”nin tribunanın qarşısına gedib bir neçə dəqiqə onların qarşısında dayandı.

“Turan Tovuz”un üzvləri isə tribunadakı tərəfdarlarla qələbə ab-havası yaratmaqla yadda qaldı.

HƏBİB / SPORTİNFO.AZ

Həmin anların anbaan görüntülərini təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 19:30 Çək və bizə göndər!
26 Aprel 11:00 Təki, düz addım at!
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq