
“Premyer Liqada 26-cı turun açılış matçında “Qarabağ” səfərdə “Araz Naxçıvan”ı üstələdi.
Futboldan danışmaq əvəzinə yenə hakim səhvlərindən danışırıq.
Təəssüfləndirici haldır. Yassın Benzia aranı qatdı bir-birinə. Felipe Santos Elvin Cəfərquliyevi vurduğu üçün qırmızı vərəqə aldı.
Amma həmin Felipeyə şapalaq atan Marko Veşoviç və epizodda iştirak edən Elvin “qırmızı” görmədi.
Epizodu dəfələrlə izlədik. Felipeni itələyir, ardınca da şapalaqla vurur, bəs VAR niyə var?
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqanın 26-cı turunun açılış matçında (1:3) qeydə alınan hakim səhvindən danışıb, ikili standartların olduğunu diqqətə çatdırıb.
O, məlum epizodda Musa Qurbanlının davamlı olaraq Felipe Santosun üzərinə şığımaq istəyinə toxunaraq, millimizin futbolçusu barədə tənqidi fikirlər səsləndirib:
”Musa ilə bağlı ümidlərim puç oldu. Halbuki ona o qədər inanırdıq ki, Avropada uğurlu çıxış edəcək.
Amma nədənsə, Musada da heç nə alınmadı. Bu gün getdikcə geriyə gedən hücumçu Qurban Qurbanov olmasa, hazırki performansla Birinci Liqada belə oynayacaq gücdə deyil.
Təcili özünü toparlamalıdır. Felipe Santosa elə hücum çəkmək istədi ki, sanki buraxsaydılar, adamı döyəcəkdi.
Olmaz! Bu ada və soyada heç yaraşmır”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN