
Premyer Liqanın 25-ci turunun "Sabah" - "Araz-Naxçıvan" oyununda (2:2) mübahisəli məqam yaşanıb.
Belə ki, 82-ci dəqiqədə "Araz-Naxçıvan"ın cərimə meydançası daxilində top bu komandanın yarımmüdafiəçisi Vadim Abdullayevin qoluna dəysə də, baş hakim Rəvan Həmzəzadə “davam” işarəsi verdi. Epizoda VAR da müdaxilə etməyib
Qaydalara əsasən, top dirsəkdən yuxarı və qol bədənə bitişik halda dəyərsə, penalti verilmir.
Lakin bu epizodun təkrarına baxdıqda, açıq-aydın görünür ki, burada top qolu tapmır, futbolçu özü qolu ilə müdaxilə edərək, onun istiqamətini dəyişir.
Üstəlik, topa müdaxilə edilən zaman qolun bədənə bitişik olmadığı aşkar görünür.
Bu epizod yaşanan zaman "Sabah"ın futbolçuları referiyə əllə oyunla bağlı kəskin etiraz bildirsə də, referi "davam" işarəsi verərək əllə müdaxilənin qaydalar çərçivəsində olduğunu bildirib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN