ŞOKEDİCİ ŞİKAYƏT! "Klub rəhbərliyi məni aldatdı, indi də pulumu vermirlər"

27 Fevral 21:00 Qalmaqal 1 306
ŞOKEDİCİ ŞİKAYƏT! "Klub rəhbərliyi məni aldatdı, indi də pulumu vermirlər"

«Mingəçevir»də xoşagəlməz hadisələr bir-birini əvəz edir.

Yaxınlarda klubu himayəsinə götürən ASTA-nın atdığı addımlar birmənalı qarşılanmır.

Yeni sponsorun klubdakı adamları işdən çıxardıqları məşqçilərin, həmçinin baş məşqçi Füzuli Məmmədovun xidmətində maraqlı olmadığı futbolçuların müqavilə öhdəliklərini yerinə yetirmir.

Onlardan biri də Elnar Kərimovdur. Ötən ilin avqustunda «işıqçılar»la müqavilə bağlamış,

Ədahim Niftəliyevin qapıçılar üzrə köməkçisi olaraq işə başlamış mütəxəssis Sportinfo.az-ın redaksiyasına müraciət edib.

O, klubun idarəçiləri tərəfindən aldadıldığını bildirib:

«2024-cü ilin avqust ayının əvvəlində «Mingəçevir»lə aylıq 700 manat qarşılığında müqavilə imzalamışam. Ayın sonunda maaşlar ödənilməyə başlayanda, dedilər ki, gəl, 530 manatı hesaba vuraq, yerdə qalan 300 manatı da gələn ay verərik.

Həmin 530 manatdan 130-u vergi və digər «sosial»a gedib, əlimə təmiz 400 manat çatıb. «Gələn ay verəcəyik» deyə-deyə, bu ilin yanvar ayınadək məni gözlətdilər.ŞOKEDİCİ ŞİKAYƏT! Klub rəhbərliyi məni aldatdı, indi də pulumu vermirlər

Klub rəhbərliyi məni aldatdı, ötən müddətdə yalnız 400 manat aldım. Altı ay ərzində yığılıb qalan 1800 manatımı vermədilər.

Mingəçevir öz şəhərim olduğundan, dinmirdim. Fikirləşirdim ki, sonra verərlər pulumu.

Halbuki rəhbərlik mənə söz vermişdi ki, yanvar ayında sponsor gəlsə, sənin maaşını bütöv halda ödəyəcəyik.

Yanvar oldu, yeni sponsor gəldi, məni komandadan uzaqlaşdırdılar. Füzuli Məmmədov bura gəlib, özüylə də köməkçilərini gətirib.

Mən onu qətiyyən qınamıram. Baş məşqçidir, öz köməşqçiləriylə işləmək istəyir, mən ona nə deyə bilərəm ki? Şikayətim rəhbərlikdəndir.

Söz vermişdilər ki, maya qədər müqaviləniz var, qarşıdakı ayların maaşını alacaqsız. Fevralın sonudur, mən hələ pulumu ala bilmirəm.

Bu gün komandanın maaşı vurulub, bizə 1 qəpik də verməyiblər. Biz deyəndə, mən özümdən başqa orada işləmiş daha 3-4 nəfəri, həmçinin komandadan uzaqlaşdırılmış futbolçuları nəzərdə tuturam.

Aldatdılar hamımızı. Dedirlər ki, gedin, kimə şikayət edirsiz edin.

Kluba yeni mühasib götürüblər, o da Bakıda oturur. Bu adamların da futboldan, futbolçularla müqavilələrdən xəbəri yoxdur.

Deyirlər ki, müqaviləni pozmuşuq, işdən çıxarmışıq, qurtardı. Qayda-qanunu bilmirlər.

ŞOKEDİCİ ŞİKAYƏT! Klub rəhbərliyi məni aldatdı, indi də pulumu vermirlər

Fikirləşmirlər ki, əgər qarşı tərəfin, yəni, bizim razılığımız yoxdursa, o müqaviləyə necə ikitərəfli xitam vermək olar? Sözə bax, deyirlər ki, onlar qol çəkməyəcək, özümüz çəkəcəyik, müqaviləyə də xitam verəcəyik.

Bəyəm Azərbaycanda hüquq, qayda-qanun yoxdur ki? Axı mənim yerimə o sənədə kim imza qoya bilər?

Belə çıxır ki, sabah mən də gedib kiminsə yerinə qol çəkib, pul götürə bilərəm. Onların elədiyi özbaşınalıqdır.

Mən saytınız vasitəsilə öz şikayətimi AFFA-ya edirəm. Qoy, bilsinlər ki, bunlar burada hansı işlərlə məşğuldur.

Lap UEFA-ya gedib çıxacam, ora da klubdan şikayət məktubu göndərəcəm. Ümid edirəm ki, AFFA rəhbərliyi mənim sözlərimdən sonra məsələni araşdıracaq və klub barədə tədbir görəcək.

«Mingəçevir»ın adı klubdur. Bura, əslində, «Dost» MMC-dir.

Kimin harada nə dostu var, götürüb gətirib «Mingəçevir»ə. Qıraqda oturub siqaret çəkən, heç bir iş görməyən bu şəxslərə maaş verilir, mənim kimi Mingəçevir futbolunun əziyyətini çəkənlərin halal pulu verilmir.

Klubdan qalmağımı istəmirlərsə, müqaviləmi pozurlarsa, may ayına qədər olan maaşımı verməlidirlər. Mənə təklif edirlər ki, indi klubun sənə borcunun olmamasına dair sənədə qol çək, yayda iş verək, işlə.

Cavab verdim ki, gedin, işinizlə məşğul olun! Siz kimsiz ki, mənə belə təklif edəsiz? Bunların məqsədi mənim pulu «yeməkdir».

Mingçevir futboluna canı yanmayan insanlardır. Qınamıram, futboldan anlayışları yoxdur, gətirib qoyublar kluba.

Öz başlarına oranı idarə edirlər. Əsl dərəbəylikdir! Mən təsadüfən sizin sayta müraciət eləmirəm.

«Sportinfo»nun necə obyektiv sayt olduğunu bilirik. Operativ və hadisələrə düzgün qiymət verməyi bacaran saytsız.

Mən də istəyirəm ki, haqq sözümü hamı eşitsin».

P,S. Burada səsləndirilən ittihamlarla bağlı qarşı tərəfə tribuna verməyə hazırıq.

Digər Xəbərlər
Xəbər Lenti