“Neftçi”nin baş məşqçisini döyən bu şəxs imiş! Cəzasız qalmadı - DAVA-DALAŞ VİDEOsu

19:20 Qalmaqal 310
“Neftçi”nin baş məşqçisini döyən bu şəxs imiş! Cəzasız qalmadı - DAVA-DALAŞ VİDEOsu

AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən "Vətən"– “Neftçi” oyununda baş verən qalmaqalla bağlı qərarlar verib.

Sportinfo.az xəbər verir ki, matçın 69-cu dəqiqəsində "Vətən"in nümayəndəsi - “Masallı”da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə, xəsarət yetirdiyinə görə 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

“Neftçi”nin rəsmisi Rəşad Hüseynov həmin dəqiqədə Abdulla Xəlilovu vurduğu üçün 10 oyunluq diskvalifikasiya olunub.

Qarşılaşmada təhlükəsizlik təmin edilmədiyindən, “Vətən” müstəsna hal olaraq 500 manat cərimələnib.

Bundan başqa, baş verən insidentlə bağlı hər iki komanda rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Digər Xəbərlər
Xəbər Lenti