Erməni ilə iş görən hücumçu: Onu Azərbaycana qaytaran klub hansıdır? - VİDEO

15:00 Qalmaqal 774
Erməni ilə iş görən hücumçu: Onu Azərbaycana qaytaran klub hansıdır? - VİDEO

Millinin və «Neftçi»nin sabiq hücumçusu Ruslan Qurbanov karyerasını yenidən bərpa edib.

33 yaşlı forvard 2 illik fasilədən sonra futbola dönüb.

Dağıstanlı bu məqsədlə Azərbaycana qayıdıb və «Hypers»lə müqavilə imzalayıb. Qurbanovun II Liqada qüvvəsini sınayan Quba təmsilçisi ilə bağladığı kontraktın müddəti 4 aydır.

Sövdələşməyə görə, əyalət komandası onu daha 1 il düşərgəsində saxlamaq şansına malikdir.

Stavropol «Dinamo»sunun yetirməsi Azərbaycana ilk dəfə 2010-cu ildə gəlib və «Neftçi» ilə «nigah»a girib.

Millinin sabiq müdafiəçisi Rasim Abışovun təklifi ilə Bakıya ayaq basmış Ruslan 6 il «ağ-qaralar»ın formasını geyinib, bu müddətdə 67 oyuna çıxıb, 19 qol vurub.

Erməni ilə iş görən hücumçu: Onu Azərbaycana qaytaran klub hansıdır? - VİDEO

Bakılılar onu 2011-2013-cü illər aralığında «Sumqayıt»a icarəyə verib. «Kimyaçılar» üçün 9 qola imza atan Qurbanov 2015-ci ilin yayında Xorvatiyaya yollanıb və «Hayduk»la anlaşıb.

Spilit təmsilçisində özünü göstərə bilməyən, cəmi 6 matçda şans qazanan forvard 2016-ci ilin əvvəlində «Qəbələ»yə keçib. İki il «qırmızı-qaralar»a xidmət edib, ardınca «Səbail»də peyda olub.

Növbəti iki mövsümdə isə «Keşlə» və «Zirə»nin heyətində görünüb. 2021-ci ildə Azərbaycanı tərk edib və «Slaviya-Mozır»la müqavilə bağlayıb.

Bir il sonra buradan və ayrılıb və klubsuz qalıb.

Ruslan 2010-2018-ci illərdə Azərbaycanın gənclər və əsas yığmalarına dəvət alıb. Millidə 26 oyun keçirib, 1 qol vurub.

O. son vaxtlar fərqli sahələrdə özünü sınayıb. Əvvəlcə biznesə girişib, amma əli gətirməyib. Axır zamanlar isə qaydasız döyüşə meyl göstərib.

Sosial şəbəkələrdə paylaşdığı videodan da bəlli olur ki, bu idman növüylə bağlı yeni layihənin üzərində çalışmağa başlayıb.

Qurbanovun tərəf müqabili kimdir? Erməni MMA döyüşçüsü Arman Çarukyan.

Onunla stadionda qurulmuş döyüş rinqində «şou» göstərən Ruslan vidonun rəy bölümündə «əhəmiyyətli təcrübə» yazıb.

Görəsən, «Hypers» rəhbərliyi 33 yaşlı hücumçunu Azərbaycana qaytarmaq fikrinə düşərkən, sosial şəbəkə profillərini gözdən keçirməyibmi?

Erməni ilə dost-qardaş münasibətini görməyibmi?

Keçib, bəlkə həmin Arman Çarukyanı da bura dəvət edib, Quba stadionunda şou-proqram düzənləsinlər?

Ruslanı hava limanında bəh-bəhlə qarşılayan bu rəsmilərdən nə desən çıxar…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti