COP29

Düşərgədə QALMAQAL QOPDU! - “Bilirəm, mənim yerimə onu gətirmək istəyirsiz”

13:00 Qalmaqal 706
Düşərgədə QALMAQAL QOPDU! - “Bilirəm, mənim yerimə onu gətirmək istəyirsiz”

I Liqada ilk mövsümünü keçirən «Baku Sportinq»də növbəti qalmaqal yaşanıb.

Bu barədə Buzovna təmsilçisinin düşərgəsindən redaksiyamıza məlumat daxil olub.

Saytımıza verilən informasiyaya görə, bir qrup futbolçu Elman Sultanovun əleyhinə «koalisiya» yaradıb. Onlar hazırlıq prosesinin gedişində baş məşqçiyə münasibətdə qeyri-adekvat hərəkət edib.

Hadisə Qərib İbrahimovun üstündə baş verib. Belə ki, 6 aydan sonra «Şəfa»dan geri dönmüş müdafiəçi çalışdırıcının tapşırığına məhəl qoymayıb.

Vaxtilə «Simurq»un formasını geyinmiş müdafiəçi yaşlı olduğunu deyərək, baş məşqçinin icrasını istədiyi fiziki təmrini yerinə yetirməkdən imtina edib.

Mütəxəssisin israrı da onu fikrindən daşındırmayıb. Belədə Sultanov üzünü komandanın digər üzvlərinə tutaraq, «gəlin bu tərəfdə məşq edin, qoy, o, tək işləsin» tapşırığı verib.

Bu zaman oyunçuların bir neçəsi kənara çəkilməyib, İbrahimovun yanında qalıb. Baş məşqçi möhkəm hirslənib, tapşırığına barmaqarası yanaşanları cəzalandıracağını deyib.

Bildirib ki, bu hərəkətlərin səbəbləri ona sirr deyil, hər şeydən məlumatlıdır. Çalışdırıcı «xəbərim var, mənim yerimə Röyal Nəcəfovu bura gətirmək istəyirsiz» söyləyib.

Onun adını çəkdiyi Nəcəfov «Baku Sportinq»in keçmiş hücumçusudur. Ötən mövsüm burada çıxış edib.

Komanda I Liqaya vəsiqə qazandıqdan sonra yollar ayrılıb. Cari mövsümün ilk yarısında «Şəfa»nın formasını geyinmiş forvard hazırda klubsuzdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti