Premyer Liqanın 21-ci turu çərçivəsində “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edir.
Oyunda gərginlik ən son həddədir.
İlk hissədə hesabı açan meydan sahibləri çox keçmədən ciddi itki ilə üzləşib.
Zədə alan Emanuel Hakman yerini Araş Qadiriyə verib.
Ardınca bölgə təmsilçisi daha bir vacib müdafiəçinin xidmətindən məhrum olub.
Bu dəfə Kauan Martins rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə VAR-ın xidmətinə ehtiyac duyan Tural Qurbanov braziliyalını vaxtından əvvəl paltardəyişmə otağına yola salıb.
İtkilər bununla da bitməyib. Hissənin son saniyələrində Kurban Berdıyevin köməkçisi Ruslan Abışov hakimlərin qərarına etiraza görə qarşısında “qırmızı” görüb.
Həmin an 60 yaşını bu gün qeyd edən Yunis Hüseynovun “mükafat”ı sarı vərəqə olub.
Hazırda davam edən qarşılaşmada tovuzlular hesabda 1:0 öndədir.
HƏBİB / SPORTİNFO.AZ