COP29

“Turan”da QALMAQAL! Vəzifəli şəxsin bacısıoğlu Berdiyevin qəzəbinə tuş gəldi

12:20 Qalmaqal 563
“Turan”da QALMAQAL! Vəzifəli şəxsin bacısıoğlu Berdiyevin qəzəbinə tuş gəldi

«Turan Tovuz»da anarxiya baş alıb gedir.

Bununla bağlı redaksiyamıza yeni məlumat daxil olub.

Saytımıza verilən informasiyaya görə, Kurban Berdiyev Nahid Əliyevi klubun düşərgəsindən uzaqlaşdırıb.

Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb. O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb.

Bəs Nahidin yanlışı nədə olub?

«Turan Tovuz»un futbol akademiyasının koordinatoru Eltay Aslanovun bacısıoğlu noyabrın 10-da etdiyi hərəkətlə 73 yaşlı mütəxəssisin qəzəbinə tuş gəlib.

Belə ki, Əliyev əvəzedici heyətin «Səbail-2» ilə keçirdiyi matç (1:1) günü yoxa çıxıb. Nə komandayla Bayıla gəlib, nə də telefon zənglərinə cavab verib.

Yalnız qarşılaşmadan xeyli sonra onunla əlaqə saxlamaq mümkün olub. Nahid iddia edib ki, oyun günü olduğunu unudub və yatıb qalıb.

Berdiyev bu barədə bilgi alandan sonra müvafiq göstəriş verib. «Rubin»in sabiq sükançısının tapşırığına əsasən, orta sahə oyunçusu o tarixdən bəri meydan üzünə həsrət qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti