COP29

Son “qumar” olayı - Onlar yenidən sorğu-sual olunmaq üçün…

6 Yanvar 16:00 Qalmaqal 531
Son “qumar” olayı - Onlar yenidən sorğu-sual olunmaq üçün…

I Liqada vüsət alan oyun «alver»i ilə bağlı araşdırmalar bu gün bərpa olunub.

Saytımız bu haqda AFFA-dan yeni informasiya əldə edib.

Federasiyadan redaksiyamıza ötürülən məlumata görə, adı «qumar»da hallanan futbolçular sorğu-sual edilmək üçün yenidən Bakıya çağırılıb.

Bilindiyi kimi, «Minggəçevir»in bir qrup futbolçusu oyun alqı-satqısına görə saxlanılıb. I Liqada mübarizə aparan komandanın 7 üzvü gözaltına alınıb.

Bunlar qapıçı Movlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevdir.

Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmaya cəlb olunub.

Saytımıza bəlli olub ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Yeddi futbolçu toplantının ardından Mingəçevirdən Bakıya gətirilib.

Müraciət AFFA-dan gəlib. Federasiya oturduğu yerdə hərəkətə keçməyib. Belə ki, UEFA Bakıya növbəti serkulyar məktub göndərib.

Avropa futbol qurumu həmin məktubda AFFA-nı I Liqa ilə əlaqəli bəzi yeni bigilərlə tanış edib. UEFA aşağı liqanın cari mövsümündə keçirilən 10-a yaxın oyunun nəticəsinin şübhəli olmasını qeyd eləyib.

Burada adı ən çox çəkilən komanda isə «Mingəçevir»dir. Təşkilatın daxilində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarından ibarət orqan müxtəlif leqal və qeyri-leqal bukmeyker kontorlarından məlumatlar toplayıb.

Bu zaman məlum olub ki, ayrı-ayrı ölkələrdən I Liqanın son 6-7 turuna külli miqdarda pul qoyuluşu edilib. Əsasən də «Mingəçevir»in məğlubiyyətlərinə böyük məbləğdə «stavka» qoyulub.

Odur ki, AFFA DİN-nin müvafiq orqanlarını məsələdən xəbərdar edib. Yekun qərarın yaxın vaxtlarda açıqlanması planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!