COP29

Premyer Liqa klubunun oyunçusunun Azərbaycandan çıxışına QADAĞA QOYULDU!

6 Yanvar 14:00 Qalmaqal 2 140
Premyer Liqa klubunun oyunçusunun Azərbaycandan çıxışına QADAĞA QOYULDU!

Yanvarın 4-də Türkiyəyə yollanan «Turan Tovuz» gözlənilməz hadisə ilə üzləşib.

Bununla bağlı saytımıza klubdan məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, Veysəl Rzayev ölkə ərazisini tərk edə bilməyib. Hava limanına gələn yarımmüdafiəçi posport-kontroldan keçməyib.

Sənədlərin yoxlanılması zamanı məlum olub ki, futbolçunun respublikadan çıxmasına qadağa qoyulub.

«Stop» barədə qərar isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilib.

Belə ki, Rzayev dövlətə olan vergi borcunu xeyli müddət ödəməyib. Bu səbəbdən onun üzərinə böyük miqdarda «penya» yılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!