COP29

Futbolçuları "qumar"a girişmiş komandanın rəhbəri: "Şokdayam, səhərə kimi yata bilməmişəm"

2 Yanvar 15:15 Qalmaqal 1 645
Futbolçuları "qumar"a girişmiş komandanın rəhbəri: "Şokdayam, səhərə kimi yata bilməmişəm"

"İnanın, xəbəri eşidən gün səhərə kimi yata bilməmişəm".

"Mingəçevir"in İdarə Heyətinin sədri Nurlan Əhmədov Sportinfo.az-a açıqlamasında belə deyib.

Bilindiyi kimi, «Minggəçevir»in bir qrup futbolçusu oyun alqı-satqısına görə saxlanılıb. I Liqada mübarizə aparan komandanın 7 üzvü gözaltına alınıb.

Bunlar qapıçı Movlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevdir.

Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmaya cəlb olunub.

Saytımıza bəlli olub ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Yeddi futbolçu toplantının ardından Mingəçevirdən Bakıya gətirilib.

Redaksiyamızın əldə etdiyi qeyri-rəsmi məlumata görə, müraciət AFFA-dan gəlib.

Federasiya oturduğu yerdə hərəkətə keçməyib. Belə ki, UEFA Bakıya növbəti serkulyar məktub göndərib.

Avropa futbol qurumu həmin məktubda AFFA-nı I Liqa ilə əlaqəli bəzi yeni bigilərlə tanış edib. Belə ki, UEFA aşağı liqanın cari mövsümündə keçirilən 10-a yaxın oyunun nəticəsinin şübhəli olmasını qeyd eləyib.

Burada adı ən çox çəkilən komanda isə «Mingəçevir»dir. Təşkilatın daxilində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarından ibarət orqan müxtəlif leqal və qeyri-leqal bukmeyker kontorlarından məlumatlar toplayıb.

Bu zaman məlum olub ki, ayrı-ayrı ölkələrdən I Liqanın son 6-7 turuna külli miqdarda pul qoyuluşu edilib. Əsasən də «Mingəçevir»in məğlubiyyətlərinə böyük məbləğdə «stavka» qoyulub.

Odur ki, AFFA DİN-nin müvafiq orqanlarını məsələdən xəbərdar edib.

Nurlan Əhmədov bildirib ki, bu hadisə onun üçün gözlənilməz olub:

"Mən inanmazdım ki, bizim komandamızda belə hadisələr baş verər. Heç ağlıma da gəlməzdi.

Hələ də şokdayam. Gözümə yuxu gətmir.

İndiyədək çox oyunda uduzmuşuq, amma açığı, mən heç kimdən şübhələnmirdim. Yazdığınız xəbərlərlə tanışam, əlavə heç nə demək istəmirəm.

Araşdırma gedir. AFFA məsələdən xəbərdardır, nə lazım olsa, özləri açıqlama verəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 02:50 "Neftçi"dən bir XƏBƏR