COP29

SON DƏQİQƏ – “Qumar” üstündə saxlanılan oyunçuların adları YALNIZ BİZDƏ!

27 Dekabr 13:00 Qalmaqal 1 487
SON DƏQİQƏ – “Qumar” üstündə saxlanılan oyunçuların adları YALNIZ BİZDƏ!

«Minggəçevir»in bir qrup futbolçusunun oyun alqı-satqısına görə saxlanılmasından məlumatlısız.

Saytımız bu haqda eksklüziv olaraq informasiya yayıb.

Bu istiqamətdə araşdırmalarımızı davam etdiririk. Öyrəndiyimizə görə, I Liqada mübarizə aparan komandanın 7 üzvü gözaltına alınıb.

Bunlar qapıçı Movlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevdir.

Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmaya cəlb olunub.

Saytımıza bəlli olub ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Yeddi futbolçu toplantının ardından Mingəçevirdən Bakıya gətirilib.

Bu, bizim üçün qətiyyən gözlənilən idi. Saytımız hələ dekabrın 20-də bu haqda oxucularımıza həyacan dolu həmin xəbəri çatdırıb (https://www.sportinfo.az/idman_xeberleri/qalmaqal/127254.html).

Bildirmişdik ki, UEFA Bakıya növbəti serkulyar məktub göndərib.

Avropa futbol qurumu həmin məktubda AFFA-nı I Liqa ilə əlaqəli bəzi yeni bigilərlə tanış edib. Belə ki, UEFA aşağı liqanın cari mövsümündə keçirilən 10-a yaxın oyunun nəticəsinin şübhəli olmasını qeyd eləyib.

Burada adı ən çox çəkilən komanda isə «Mingəçevir»dir.

Belə ki, təşkilatın daxilində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarından ibarət orqan müxtəlif leqal və qeyri-leqal bukmeyker kontorlarından məlumatlar toplayıb.

Bu zaman məlum olub ki, ayrı-ayrı ölkələrdən I Liqanın son 6-7 turuna külli miqdarda pul qoyuluşu edilib. Əsasən də «Mingəçevir»in məğlubiyyətlərinə böyük məbləğdə «stavka» qoyulub.

«Mingəçevir» 11 tura 6 xal toplayıb. «İşıqçılar» bu nəticə ilə turnir cədvəlinin sonuncu - 10-cu pilləsinə yuvarlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 11:00 Burada öz yerini seç!
27 Dekabr 03:30 “Ondan təklif aldım”
27 Dekabr 03:20 Meydana çıxmadılar