COP29

Adı oyun "alveri"ndə hallanan komandanın futbolçuları saxlanıldı - SON DƏQİQƏ

26 Dekabr 23:40 Qalmaqal 1 554
Adı oyun "alveri"ndə hallanan komandanın futbolçuları saxlanıldı - SON DƏQİQƏ

Bu gün «Mingəçevir»in bir neçə futbolçusu saxlanılıb.

Redaksiyamıza bununla bağlı son dəqiqə məlumatı daxil olub.

Əldə etdiyimiz qeyri-rəsmi informasiyaya görə, hadisə bir qədər əvvəl baş verib.

Belə ki, I Liqada mübarizə aparan komandanın bəzi oyunçuları gözaltına alınıb. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmaya cəlb olunub.

Bu, bizim üçün qətiyyən gözlənilən idi. Saytımız hələ dekabrın 20-də bu haqda oxucularımıza həyacan dolu həmin xəbəri çatdırıb (https://www.sportinfo.az/idman_xeberleri/qalmaqal/127254.html).

Bildirmişdik ki, UEFA Bakıya növbəti serkulyar məktub göndərib.

Avropa futbol qurumu həmin məktubda AFFA-nı I Liqa ilə əlaqəli bəzi yeni bigilərlə tanış edib. Belə ki, UEFA aşağı liqanın cari mövsümündə keçirilən 10-a yaxın oyunun nəticəsinin şübhəli olmasını qeyd eləyib.

Burada adı ən çox çəkilən komanda isə «Mingəçevir»dir.

Belə ki, təşkilatın daxilində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarından ibarət orqan müxtəlif leqal və qeyri-leqal bukmeyker kontorlarından məlumatlar toplayıb.

Bu zaman məlum olub ki, ayrı-ayrı ölkələrdən I Liqanın son 6-7 turuna külli miqdarda pul qoyuluşu edilib. Əsasən də «Mingəçevir»in məğlubiyyətlərinə böyük məbləğdə «stavka» qoyulub.

«Mingəçevir» 11 tura 6 xal toplayıb. «İşıqçılar» bu nəticə ilə turnir cədvəlinin sonuncu - 10-cu pilləsinə yuvarlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti