Dünən II Liqada qış fasiləsi olunub.
XIII tur çərçisində keçirilməli olan “Qusar” – “Şahdağ Qusar” görüşü isə baş tutmayıb.
Qusar derbisinin keçirilməməsinin səbəbi ev sahibi komandanın meydana çıxmamasıdır. Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb.
Saytımız müxtəlif mənbələr vasitəsilə əsl həqiqəti öyrənib.
Redaksiyamıza bəlli olub ki, “Qusar” rəhbərliyi bir həftə öncə Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, sözügedən matçın 1 gün əvvələ və ya 1 gün sonraya keçirilməsini istəyib. Onlar bildirib ki, komandanın bir neçə aparıcı futbolçusu minifutbol
çempionatında forma geyinir. Hər həftənin üçüncü günü bu yarışda oyunlar keçirilir. Tək Qusarın eyniadlı təmsilçisinin deyil, II Liqanın digər iştirakçılarının formasını geyinənlər minifutbol çempionatında çıxıq eləyir və maaş alır.
II Liqanın yarımhəvəskar turnir statusu daşıması da, əslində, bundan irəli gəlir. PFL öncədən razılaşıb ki, II Liqada mübarizə aparan futbolçular paralel olaraq, minifutbolda, yaxud futzalda da meydançaya çıxa bilər.
Di gəl, PFL bu dəfə «Qusar»ın haqlı çağırışını qulaqardına vurub, oyunu ertələməkdən və ya vaxtını irəli çəkməkdən boyun qaçırıb.
SPORTİNFO.AZ