COP29

Adı “alver”də hallanan futbolçu: “Hamı görəcək ki, mənim günahım yoxdur”

00:40 Qalmaqal 133
Adı “alver”də hallanan futbolçu: “Hamı görəcək ki, mənim günahım yoxdur”

Adil Nağıyev “Şamaxı”dan uzaqlaşdırılmasına aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi İdman.biz-ə açıqlamasında adının danışılmış oyunlarda hallandığını, bununla bağlı araşdırmaların aparıldığını etiraf edib.

Nağıyev bildirib ki, günahsız olduğu təsdiqləndikdən sonra bütün təfərrüatları açıqlayacaq:

“Səbəbləri məlumdur. Mənlik heç nə yoxdur. Bu məsələ barədə AFFA-da araşdırma gedir.

Hər şey məlum olandan sonra hamı görəcək ki, mənim günahım yoxdur. Ondan sonra mən lazım olan hər şeyi danışacam”.

Müdafiəçi araşdırmanın yaxın günlərdə yekunlaşacağını qeyd edib:

“Günahsız olduğum bilənəcək. Mənim adımı sadəcə hallandırırlar. Mən heç bir alqı-satqı ilə məşğul olmamışam.

Araşdırma gedir. Bir neçə gündən sonra hər şeyə aydınlıq gələcək”.

“Şamaxı”nın bir neçə gün əvvəl yollarını ayırdığı iki futbolçusu Adil Nağıyev və Georgi Kantariya danışılmış oyunlarda şübhəli hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti
18 Dekabr 17:50 Çək və bizə göndər!
18 Dekabr 11:00 Seçim yenə sənindir!