Əslən Gürcüstandan olan, uzun illərdir ölkəmizdə yaşayan və blogerlik edən Nuqzar Kvirtiya tənqid və təhqirlərə məruz qalıb.
Buna səbəb sosial şəbəkə hesablarında paylaşdığı videodur.
Belə ki, “Qarabağ”la “Lion” arasında baş tutan oyundan sonra Nuqzar Respublika stadionundakı qarşılaşmada ağdamlıların qapısına 2 qol vuran Georges Mikautadzeyə yaxınlaşıb.
Həmyerlisini Avropa Liqasındakı ilk qolları münasibəti ilə təbrik edib, aralarında kiçik zarafat dialoqu yaşanıb.
Kvirtiyanın görüntüləri sosial şəbəkələrdə paylaşmasından sonra izləyiciləri onu “Qarabağ”a xəyanət etnəkdə suçlayıb.
Bildiblər ki, “Qarabağ”ın qapısına qollar vuran futbolçunu təbrik etmək, onunla şirin zarafatlar etmək heç bir məntiqə sığmır. Qısası, Nuqzarı bu addımına görə nəyi var “yağlayıblar”.
Təhqirlərdən boğaza yığılan səbəbkar “feysbuk” səhifəsində paylaşım edərək, həmin insanlara səslənib:
“Dostumu və həmyerlimi Avropa Liqasındakı debüt qollarına görə təbrik etdiyim üçün sosial şəbəkələrdə (Instagram / TikTok) təhqir olunuram.
Dərhal vəziyyətə aydınlıq gətirim. İllərdir sosial şəbəkə hesablarımda Azərbaycanı, xüsusən də “Qarabağ” futbol klubunu təbliğ edirəm. Qeyd edim ki, auditoriyam 2,5 milyon abunəçidir.
Odur ki, heç kimin mənə belə bir şey yazmağa haqqı yoxdur. Çünki həmin kreslo “tənqidçiləri” YALNIZ avrokubok oyunlarında “Qarabağ”ı dəstəkləyirlər!!!
Gio (Georges Çakvetadze) mənim dostumdur və bu qollar onun üçün çox vacib idi. Çünki o, yeni kluba keçib”.
Vaxtilə Azərbaycan Premyer Liqasında 100-dən artıq oyunda meydana çıxan Kvirtiya AZAL-la “Turan”ın heyətində 100-dən artıq oyunun iştirakçısı olub.
HƏBİB / SPORTİNFO.AZ