«Mingəçevir» rəhbərliyi Ədahim Niftəliyevdən baş məşqçi postunu tərk etməsini istəyib.
Bu haqda saytımıza komandanın üzvləri məlumat verib.
Redaksiyamızla əlaqə saxlayan oyunçular Ayaz adlı funksionerin Niftəlyievlə çox kəskin formada söhbət etdiyini bildiriblər.
Onların sözlərinə görə, həmin şəxs 2 ilə yaxındır klubun başındadır və adı çox yerdə çəkilməsə də, hər məsələdə söz sahibidir.
Belə ki, Bakıda fəaliyyət göstərən iş adamı baş məşqçini dəyişməyə qərarlıdır:
«Bir çoxumuza deyilib ki, hazırlaşın, komandaya başqası gələcək. Bildiyimizə görə, iki məşqçiylə danışıqlar gedir.
Ayaz müəllim Ədahimi məşqçi saymır. Onun adamları Ədahimdən qorxurlar.
Deyirlər ki, tez-tez mola yanına gedir, «cadu-piti»yə maraq göstərir, birdən bizə də nəsə edərlər.
Hər gün məşqdə 14-15 nəfərdən artıq uşaq olmur. Normal məşq keçmirik.
Çünki baş məşqçi hər hazırlıq prosesində bizə daha çox başqa şeylərdən danışır, məşq qalır bir kənarda.
Ayaz müəllim ona deyib ki, çıx get, sənin üzündən bütün mətbuat bizdən yazır, biabır olmuşuq. O da ki, getmək istəmir. Nəvaxtadək belə gedəcək işlər, bilmirik.
Rəhbərlikdə olanlar Ədahimi çıxarmaq üçün onunla görüşüb. Söhbətləri çox pis alınıb.
Ədahimin sözü budur ki, məni bura AFFA təyin eləyib, yalnız oradan desələr, gedərəm. Hamımız narahıtıq.
Belə vəziyyətdə futbol oynamaq olmaz axı. Bilmirik kimə qulaq asaq».
SPORTİNFO.AZ