Millinin əksər futbolçuları Ramil Şeydayevlə çiyin-çiyinə oynamaq istəmir.
Bu barədə AFFA-dan redaksiyamıza ilginc məlumat daxil olub.
Əldə etdiyimiz informasiyaya görə, yığmanın bir qrup üzvü federasiya nümayəndələri ilə görüşüb, onlara ürəklərini boşaldıb.
Onlar adıçəkilən hücumçunun komanda daxilində ab-havanı korlamasını iddia eləyib. Bildiriblər ki, Şeydayev özünü yoldaşlarından üstün tutur və sərt danışır.
Üstəlik, məşqlərə can yandırmadığı halda, iradlara kəskin reaksiya verir. Fernandu Santuş bütün bunları görmürmü?
Futbolçuların sözlərinə görə, baş məşqçi hər şeyin şahididir, ancaq nədənsə Şeydayevin nazıyla oynamağa davam edir və çox vaxt susur.
Millinin formasını geyinənlər deyib ki, portuqaliyalı mütəxəssis düşərgədə yaşanan hadisələrə sakit yanaşır, hər hansı qərar verməyə çətinlik çəkir, bu isə kollektivdə anarxiya əmələ gətirib.
SPORTİNFO.AZ