COP29

“Qarabağ”ın baş məşqçisini “razborka”ya çağırdı, futbolçuları hədələdi - ŞOK OLAY!

13 Noyabr 17:40 Qalmaqal 7 433
“Qarabağ”ın baş məşqçisini “razborka”ya çağırdı, futbolçuları hədələdi - ŞOK OLAY!

U-15 Liqasında qalmaqalın baş verməsindən xəbərdarsız.

Saytımız “Turan Tovuz” – “Qarabağ” matçında (0:1) yaşanan biabırçı hadisələrlə bağlı oxucularımıza məılumat çatdırıb.

İkinci hissənin gedişində baş hakim Samir Hüseynova əsəbiləşən qonaqların baş məşqçisi Rauf Əliyev dilindən təhamiz sözlər çıxarıb və texniki zonadan kənarlaşdırılıb.

QIrmızı vərəqə alandan sonra o, laynsman Taleh Məmmədovla “toqquşub”.

Baş məşqçinin ardınca «Qarabağ»ın qapıçısı da «qırmızı» alaraq meydandan uzaqlaşdırılıb. Bütün bunlar tribunada əyləşmiş valideynləri də təsiri altına alıb.

Üç «Qarabağ»lı yeniyetmənin ailə başçısı olaya qarışıb, «fit sahiblərləri»ni «ağ yuyub, qara sərib». Stadionda olan polis əməkdaşları olanlara biganə qalmayıb, həmin 3 şəxsi yaxınlıqdakı bölməyə aparıb.

Rauf Əliyev və futbolçuları isə bir müddət stadionda saxlanılıb.

Təhlükəsizlik tədbirləri görən hüquq-mühafizə orqanlarının əməkdaşları qonaq komandanın 1 saatdan artıq paltardəyişmə otağında gözləməsini təmin edib.

Redaksiyamıza daxtl olan son informasiyaya görə, AFFA Tovuzda yaşanan olayı nəzarətə götürüb. Saytımızda xəbər çıxandan sonra federasiya hərtərəfli araşdırmaya başlayıb.

Rauf Əliyev və qapıçıyla yanaşı, hakimlərin də cəzalandırılması gözlənilir.

Demə, referi S.Həsənov oyunun gedişində «Qarabağ»ın futbolçularına «baş məşqçiniz mənimlə pis danışır, gör, indi sizin başınıza nə oyun açacam!» söyləyib və bunu dəfələrlə təkrarlayıb.

Baş hakim və köməkçisi matçdan sonra ağdamlıların çalışdırıcısını «razborka»ya çağırıb, onu söyüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı