COP29

“Qarabağ”ın matçında qalmaqallı hakim qərarları bu VİDEOda

28 Oktyabr 19:20 Qalmaqal 441
“Qarabağ”ın matçında qalmaqallı hakim qərarları bu VİDEOda

Azərbaycan Premyer Liqasının 11-ci turunda keçirilən “Qarabağ” – “Şamaxı” matçında hakimlərin qalmaqallı qərarları müzakirə mövzusu olub.

Sportinfo.az xəbər verir ki, matçın 48-ci dəqiqəsində matçın baş hakimi Cavid Cəlilov qonaqların qapısına penalti təyin edib.

O, şamaxılıların müdafiəçisi Adil Nağıyevin Aleksey Kaşuka qarşı kobud oynadığını bildirərək 11 metrlik nöqtəni göstərib. Lakin epizodun təkrarında hakimin şübhəli qərar verdiyi görünür.

Cavid Cəlilov zədələnib meydanı tərk etdikdən sonra onu Nicat İsmayıllı əvəzləyib. N.İsmayıllı da 87-ci dəqiqədə qalmaqallı qərarı ilə gündəmə gəlib.

Belə ki, “Qarabağ”ın futbolçusu Aleksey İsayev rəqib oyunçu Belajdi Pusiyə qarşı kobud oynadıqdan sonra hakim meydan sahiblərinin oyunçusuna sarı vərəqə göstərir.

Bu qərar da müzakirə mövzusuna çevrilib. Həmin epizodda qırmızı vərəqənin verilməməsi gündəmə çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı