COP29

ŞOK ŞİKAYƏT! “Baş məşqçi bizə dedi ki, komandaya “cadu” ediblər, gedin çimin”

11:40 Qalmaqal 387
ŞOK ŞİKAYƏT! “Baş məşqçi bizə dedi ki, komandaya “cadu” ediblər, gedin çimin”

I Liqada mübarizə aparan «Mingəçevir»də qəribə hadisə yaşanıb.

Bu barədə redaksiyamıza komandanın futbolçuları məlumat verib.

Onlar Ədahim Niftəliyevin qəribə hərəkətindən və göstərişindən şoka düşdüklərini bildiriblər. Oyunçular baş məşqçinin kollektivi mollanın sözü və tapşırığıyla idarə etdiyini söyləyiblər:

«Niftəliyev demək olar hər gün bizə «cadu-piti»dən danışır. Biz məşqlərdə futboldan daha çox, bu haqda söz-söhbət eşidirik.

Keçən dəfə dedi ki, gedin, axşam evdə sirkəli su ilə çimin. Hamımız təəccübdən yerimizdə donub qaldıq.

Soruşduq ki, niyə belə edək? Dedi ki, mollanın yanına getdim, komandanın gələcəyi ilə bağlı maraqlandım. Molla da mənə söylədi ki, komandaya «cadu» olunub, onu təcili təmizləmək lazımdır.

Bilmədik eşitdiyimiz bu sözlərə gülək, yoxsa ağlayaq. İnanırsız, belə söhbətlər tez-tez olur, çaşbaş qalmışıq ki, ay Allah, biz hara düşmüşük?

Biz normal məşq keçmirik. Çünki Ədahim Niftəliyevin məşq prosesindən xəbəri yoxdur.

Deyəsən, Tərlan Əhmədova ona hazırlıq planı verib, onu necə gəldi, bizə keçir.

Uşaqlarla öz aramızda danışmışıq ki, gəlin, bildiyimiz kimi oynayaq, nə alındı, alındı, onsuz da, baş məşqçimiz hər şeyi bilir, bir məşqçilikdən başqa».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor