“Mingəçevir”ın 3 futbolçusunun polis tərəfindən saxlanması haqda verdiyimiz məlumat gündəm olub.
Dünəndən bəri media və sosial şəbəkələrdə bu informasiyanın necə sürətlə yayıldığını görməkdəyik.
Qeyd etdiyimiz kimi, oyunçular Mingəçevir şəhərində yaşadıqları evdən birbaşa idarəyə aparılıb.
Söhbət Muxtar Nəzərli, Xəyal Xudaverdiyev və Mövlan Kərimovdan gedir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bu məlumatı təsdiqləyiblər.
Verilən açıqlamada bildirilib ki, adları çəkilən şəxslər gecə saatlarında kirayə qaldıqları evdə səs-küy saldıqları üçün qonşular tərəfindən polisə müraciət edilib.
Onların barəsində qanunvericiliyə uyğun tədbir görülərək, sərbəst buraxılıblar. Futbolçuların hər biri cərimə edilib.
Qonşuların şikayətinin əsasında nə dayanır? Artıq bunu da dəqiqləşdirmişik.
Redaksiyamıza məlum olub ki, «Mingəçevir»in sıralarına qatdığı gənclər kirayə qaldıqları mənzildə əyləncə təşkil ediblər.
Bura bir neçə qız da çağırılıb. İçki və musiqidən vəcdə gələn futbolçular qoşuların «sakitləşin» çağırışına məhəl qoymadığından, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları dəvət olunub.
SPORTİNFO.AZ