«Mingəçevir»in başı qalmaqaldan açılmır.
I Liqa klubunun düşərgəsindən redakiyamıza yeni məlumat daxil olub.
Verilən informasiyaya görə, komandanın 3 futbolçusu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onlar yaşadıqları evdən aparılıblar.
Hadisənin hansı səbəbdən baş verməsini araşdırırıq. Düzdür, əlimizdə bəzi bilgilər var, indi çalışırıq ki, onları dəqiqləşdirək.
Oxucularımıza olayın təfərrüatı haqda məlumat verəcəyik: buna əmin olun və bizi izləməkdə davam edin…
SPORTİNFO.AZ