COP29

Premyer Liqa klubunun şikayətləndiyi şəxs barədə həbs qərarı çıxarıldı - FOTO

25 Sentyabr 14:00 Qalmaqal 742
Premyer Liqa klubunun şikayətləndiyi şəxs barədə həbs qərarı çıxarıldı - FOTO

Azərbaycanda futbol fanatı həbs olunub.

Söhbət “Turan Tovuz”un azarkeşi Şəhriyar Məmmədovdan gedir.

Tovuz rayon məhkəməsi onunla bağlı hökm çıxarıb. Hökmə əsasən, sözügedən şəxs 10 gün “dəmir barmaqlıqlar“ arasında qalacaq.

O, klub rəhbərliyinin yerli hüquq-mühafizə orqanlarına şikayətinə görə, saxlanılıb.

Şəhriyar Premyer Liqanın 7-ci turu çərçivəsində «Araz-Naxçıvan»la keçirilən matçdan (1:2) sonra yerli polis şöbəsinə aparılıb.

Hadisədən qabaq stadionda onunla klub nümayəndələri arasında mübahisə yaşanıb. Şəhriyarın rəhbərlik və komandayla bağlı səsləndirdiyi bəzi fikirlər qarşı tərəfin xoşuna gəlməyib.

Akademiyanın inkişaf üzrə direktoru Eltay Aslanov və əvəzedici heyətin baş məşqçisi Nizami Ocaqverdiyev fanatdan şikayətçi düşüb.

Klubun İdarə Heyətinin üzvü Əli Balakişiyev də olaya qarışıb. İdarə Heyətinin sədri Ehtiram Quliyevin yaxın qohumu onunla mübahisə edib.

Yadınızdadırsa, avqustun 4-də “Turan” tərəfdarı Nadir Nəbiyevə sahib çıxdı” başlıqlı xəbər yaymışdıq.

Bildirmişdik ki, tovuzlu tərəfdarlar klubun sabiq idman direktoru Nadir Nəbiyevə sadiqlik nümayiş etdirib. Onlar bunu «Neftçi» ilə səfər matçında göstəriblər.

Belə ki, bölgədən paytaxta gəlmiş tərəfdarlar Premyer Liqanın açılış görüşündə diqqət mərkəzinə düşüblər.

“Nadir Nəbiyev – “Turan”ın legendası” plankartı qaldıran fanatlar bununla klub rəhbərliyinin son qərarına mədəni şəkildə etiraz bildirblər.

Bilindiyi kimi, iyulun sonunda «Turan Tovuz»un rəhbərliyində ayrılıq halı qeydə alınıb.10 ilə yaxınd ır burada çalışan Nadir Nəbiyev iş yerini itirib. Klub rəhbərliyi ona yeni müqavilə təklif etməyib.

Nəbiyev Tovuz futbolunun əfsanəsidir. Uzun illər idman direktoru postunu tutub. Ötən ildə isə vəzifəsi dəyişdirilib, uşaq futbolunun inkişafı üzrə direktor təyin olunmuşdu.

Bu arada o da məlum olub ki, məlum plankartı Şəhriyarın özü hazırlayıb.

Görünür, bu hərəkəti «Turan» rəhbərliyinin ürəyində həmin vaxt qıcıq yaradıb, indi isə onu cəzalandırmağı fürsət biliblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti