COP29

AFFA-nın vəzifəli şəxsi gündəmi dəyişən olaya elə reaksiya verdi ki… VİDEO

23 Sentyabr 13:40 Qalmaqal 588
AFFA-nın vəzifəli şəxsi gündəmi dəyişən olaya elə reaksiya verdi ki… VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 7-ci turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” matçındakı mübahisəli epizodu şərh edib.

Sportinfo.az xəbər verir ki, belçikalı funksioner hakimin doğru qərar verdiyini bildirib.

“Ayağının ucu ilə “Turan Tovuz” komandasının oyunçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir.

Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik.

O, ayağının ucu (butsun altı ilə deyil) ilə müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir.

Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil”.

“Turan Tovuz” – “Araz-Naxçıvan” matçının 13-cü dəqiqəsində qonaqların futbolçusu Ramon Maçado meydan sahiblərinin oyunçusu Roderik Millerə qarşı kobud oynayıb.

Qarşılaşmanın baş hakimi Elçin Məsiyev həmin epizodda naxçıvanlıların oyunçusuna sarı vərəqə göstərib. Tovuz klubu və azarkeşləri isə həmin epizodda qırmızı vərəqə verilməməsinə görə hakimlərə etiraz ediblər.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti