COP29

Gərgin anlar yaşandı, dözmədilər, klub rəsmilərinə əmr verdilər: “Oturun yerinizdə!” - VİDEO

21 Sentyabr 20:20 Qalmaqal 630
Gərgin anlar yaşandı, dözmədilər, klub rəsmilərinə əmr verdilər: “Oturun yerinizdə!” - VİDEO

“Kəpəz” Premyer Liqanın 7-ci turu çəeçivəsində “Şamaxı”nı qəbul edib.

Tovuz şəhər stadionunda keçirilən qarşılaşmanın ilk 20 dəqiqəsində qonaqların rəqib qapısından 2 top keçirməsi gəncəli azarkeşlərin kəskin narazılığına səbəb olub.

Sportinfo.az xəbər verir ki, fanatların bir qismi futbolçuları və klub rəhbərliyini “topa tutub”.

Onlar üzlərini VİP-lojaya tutaraq, İlqar Nadirini istefaya səsləyib.

İdarə Heyətinin sədri otaqdan bayıra çıxmasa da, klubun icraçı direktoru Cabir İbrahimov yaşanan mənzərəni seyr etməklə kifayətlənib. Lakin heç bir formada reaksiya verməyib.

Futbolçuların ünvanına səsləndirilən şüar isə daha sərt olub: “Formanı çıxarıb, rədd olub, gedin”.

Komandasının məğlubiyyətindən, azarkeşlərin münasibətindən çıxılmaz vəziyyətdə qalan İlqar Nadirinin şəxsi avtomobilinə əyləşərək stadionu tərk etdiyi deyilir.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti