COP29

Gərgin MÜBAHİSƏ: "Niyə belə etdin? Mən səni burada görmək istəmirəm"

17 Avqust 17:00 Qalmaqal 1 280
Gərgin MÜBAHİSƏ: "Niyə belə etdin? Mən səni burada görmək istəmirəm"

«Kəpəz»in baş məşqçisi Adil Şükürovla futbolçuların arasında problemlər artmaqdadır.

Mövsümə uğursuz start verən çalışdırıcının Nicat Süleymanovu komandadan uzaqlaşdırmasının əsas səbəbi də budur.

Düşərgədən bu olayla bağlı redaksiyamıza yeni məlumat verilib.

Bildirilib ki, Şükürov «Qarabağ»a 0:3 hesabıyla uduzduqları matçdan sonra Süleymanovu yanına çağırıb və paltardəyişmə otağında yaşanmış hadisəni aydınlaşdırmaq istəyib.

Xatırlatma üçün deyək ki, ağır yenilginin təsiri altında paltardəyişmə otağına daxil olan baş məşqçi qırmızı vərəqə almış Elmir Tağıyevi və digərlərini sərt tənqid edib. Sükançı xüsusən komandasının yerli üzvlərinə «yüklənib».

Çalışdırıcı «bir də belə oynasaz, əşyalarınızı yığın və buradan gedin» söyləyib. Ardınca onun köməkçiləri də aşağı-yuxarı eyni sözləri dilə gətirib.

Məşqçilərin legionerlərdən çox onların üstünə gəlməsini görən yerlilərin səbri daşıb, «od püskürüblər». Əsasən də Elmir baş məşqçiyə və yardımçılarına sərt şəkildə cavab qaytarıb.

Nicat yoldaşına dəstək verib. Süleymanovun “yanlış”ı Tağıyevə qahmar çıxmasıdır.

Sözlü mübahisə şəraitində keçən dialoqun davamında tərəflər əlbəyaxa olmaq həddinə çatıb. Ətrafdakıların ciddi-cəhdindən, müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Şükürov aydınlaşdırıb ki, yardımçılarının barəsində işlətdiyi sözləri Elmirə Nicat söyləyib. Baş məşqçi Süleymanova «sən niyə belə etdin» sualı verib.

Daha sonra ona «mən səni burada görmək istəmirəm» söyləyib.

Ötən mövsümü «Araz-Naxçıvan»da keçirmiş və 1 illik aradan sonra geri dönmüş yarımmüdafiəçi isə müqaviləni pozmaq niyyətində olmadığını bildirib və əvəzedici heyətdə çıxış etməyə razılaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti