COP29

ŞOK! Azərbaycanda məşqçinin oyunlara pul qoyuluşu etdiyi üzə çıxdı

6 İyun 19:40 Qalmaqal 2 457
ŞOK! Azərbaycanda məşqçinin oyunlara pul qoyuluşu etdiyi üzə çıxdı

«Araz-Naxçıvan»ın keçmiş məşqçisi Xaqani Məmmədov futboldan ömürlük uzaqlaşdırıla bilər. Saytımız bu barədə məlumatı AFFA-dan əldə edib. Federasiyadan ötürülən informasiyaya görə, hazırda adıçəkilən mütəxəssislə bağlı araşdırma aparılır. Belə ki, UEFA-dan quruma serkulyar məktub daxil olub. Burada onun qeyri-leqal bukmeyker kontorlarına pul qoyuluşu etməsi barədə qeyd var.
Xaqani Məmmədov bir neçə gün öncə «Araz Naxçıvan»da ş yerini itirib. Sonuncunun göndərilməsi barədə qərar klub rəhbərliyinə məxsusdur.
X.Məmmədov iki il «Qəbələ»də çalışıb. Elmar Baxşıyev Muxtar Respublika təmsilçisinin sükanı arxasına keçəndən sonra onu da özüylə bura gətirib.
İdarəçilər digər məşqçilərdən fərqli olaraq, Məmmədovun 2 aylıq müqavilə müddətini uzatmaq istəməyib.
Baxşıyev yardımçısının düşərgədən kənarlaşdırılmasına öncə mane olmağa çalışıb. Yalnız rəsmilərlə görüşərək bəzi məlumatlar əldə edincə, fikindən vaz keçib, yumşalmaq məcburiyyətində qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti