Azərbaycan Birinci liqasında keçirilən daha bir matçla bağlı araşdırmalara başlanılıb.
Sportinfo.az xəbər verir ki, liqanın 24-cü turunda baş tutmuş MOİK – “İrəvan” görüşü ilə bağlı şübhələr araşdırılır.
Bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.
O bildirib ki, hazırda hüquq-mühafizə orqanları adıçəkilən qarşılaşma ilə bağlı araşdırmaları davam etdirir.