Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Saat 10:00-da başlayacaq toplantıda yığmanın baş məşqçisi Canni De Byazinin taleyi ilə bağlı qərar veriləcək.
Böyük ehtimalla, federasiya italiyalı ilə yeni müqavilə imzalamayacaq.
Bunun səbəblərindən biri də Avro-2024-ün seçmə mərhələsində Belçikaya 0:5 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında işlətdiyi sözlərdir.
Belə ki, 65 yaşlı çalışdırıcı idman jurnalistlərini tənqidi suallara görə axmaq adlandırıb, mətbuat konfransını əsəbi halda yarımçıq tərk edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: