COP29

Azərbaycanlı məşqçilərə vurulan BİR TƏPİK

17 Noyabr 2023 14:40 Qalmaqal 1 612
Azərbaycanlı məşqçilərə vurulan BİR TƏPİK

Bütün Azərbaycan indi bundan, Canni De Byazinin Arif Əsədova təpik endirməsindən danışır.

İtalyan Emin Mahmudovun qolundan feyziyab olaraq sevincini bu cür bölüşdüyünü iddia edib.

Deyib, bəzən 60 yaşlı adam da özünü futbolda uşaq kimi aparır.

Hərə hadisəni bir cür, bir yerə yozur. Həmin fraqmentini dönə-dönə izləmişəm və əlbəttə, mənim də bir fikir formalaşıb:

Qoca sinyor o hərəkəti biixtiyar etməyib, qəsdən təpiyini «işə salıb».

Bunu yalnız Arif Əsədova vurulan təpik kimi görməyək. De Byazi o təpiyi köməkçisinin timsalında azərbaycanlı məşqçilərə endirib.

Sevincin yüz cür forması var, görmüşük. Görmüşük ki, baş məşqçi yardımçıları, futbolçuları ilə qolun sevincini necə bölüşür.

Kimi qucaqlayır, kimi özünü yerə çırpır, kimi öpür, kimi… «Sağ əli»nə təpik atan görməmişdim açığı, çox təəssüf, bunu da gördüm.

De Byazi Əsədovun qarnını «nişan» almaqla azərbaycanlı həmkarlarına «siz busuz da, məndən çox aşağıdasız …» mesajı vermək istədi, məncə.

O hərəkət bizimkilərə yuxarıdan-aşağı baxmaqdır. Kim italiyalının təsadüfən ayağını Əsədovun qarnına ilişdirdiyini iddia edirsə, başına belə bir iş gəlsin!

Bu, qarğış deyil, subyektiv yanaşmadır.

Arif Əsədovdan azərbaycanlı məşqçiyə yaraşan reaksiya, qərar gözləyirəm indi. De Byazidən uzaqlaşmalıdır. Bir daha onunla çiyin-çiyinə çalışmağa razı olmamalıdır.

Bitdi bu məsələ.

Tarixdə dünənki hadisə ilə yadda qalmaq istəmirsə, bunu etməlidir. Özünün, öz şəxsində yerli kolleqalarının imicini o təpiyin ləkəsindən təmizləmək üçün.

MUSA

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?