COP29

Ermənilərdən Azərbaycan bayrağına qarşı vəhşi hərəkət – İrəvandan QALMAQALLI VİDEO

15 Aprel 2023 00:30 Qalmaqal 635
Ermənilərdən Azərbaycan bayrağına qarşı vəhşi hərəkət – İrəvandan QALMAQALLI VİDEO

Ermənistanın paytaxtı İrəvanda baş tutan ağır atletika üzrə Avropa çempionatında Azərbaycan idmançıları da iştirak edir.

Sportinfo.az xəbər verir ki, turnirin açılış mərasimi zamanı ermənilər idman prinsiplərini tamamilə unudaraq barbarlığı ilə diqqət çəkiblər.

Bu barbarlıq isə Azərbaycan bayrağının yandırılması ilə nəticələnib.

Dəfələrlə erməni idmançılar Azərbaycanda keçirilən bir sıra beynəlxalq yarışlarda iştirak ediblər.

Ölkəmizdə keçirilən bu yarışlar zamanı erməni idmançılarına qarşı çox humanist davranılıb, Azərbaycanın idman prinsiplərinə əməl etdiyi nümayiş olunub.

Onu da əlavə edək ki, bu, ermənilərin ilk belə vəhşiliyi deyil. Belə ki, bir müddət əvvəl İrəvanda keçirilən Ermənistan - Türkiyə matçında da qonaq komandanın himni fitə basılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar