Premyer Liqada debütü uğurlu alınan «Turan Tovuz» gələn mövsümün çalışmalarına gecikmədən start verib.
Qərb rayonunu təmsil edən klub ilk növbədə ona çalışır ki, aparıcı fiqurlarını düşərgədə saxlasın.
Denis Marandiçi və Şəhriyar Əltyevlə müqavilənin uzadılmasından artıq xəbərdarsız. Tovuzlular indi də Runi Evayla bağlı tədbir almaq istəyir.
Kamerunlu hücumçuya yeni kontrakt təklif olunub. Cari mövsüm Premyer Liqada 11 qol vuran və 3 məhsuldar ötürmə verən afrikalıdan daha 2 il burada qalması istənilib.
Karyerası ərzində "Çaniya", "Veria", "Asteras", "Trikala" və "Keçiörengücü" kimi klubların formasını geyinmiş Runi son təklifə müsbət cavab versə, indikindən daha çox qazanc əldə edəcək.
Bunu özü də biilir və Tovuzda qalmağa həvəslidir.
Di gəl, son qərarı yalnız özü vermir. Kamerunlu qolçu xanımıyla məsləhətləşəcəyini deyib. O, məşvərət üçün «Turan» yönətimindən 2 ay vaxt alıb.
SPORTİNFO.AZ