Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, azarkeşlər “Turan Tovuz”la “Kəpəz” arasında qərb derbisinə şahidlik ediblər.
Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada meydan sahibləri rəqibini 2:0 hesabı ilə məğlub ediblər.
“Turan Tovuz”un heyətində 45+4-cü dəqiqədə Runi Eva, 48-ci dəqiqədə isə Xəyal Nəcəfov fərqləniblər.
84-cü dəqiqədə “Kəpəz”in qapıçısı Orxan Sadıqlı birbaşa qırmızı vərəqə aldığından, gəncəlilər son dəqiqələri azlıqda keçiriblər.
Bu qələbə sayəsində xallarının sayını 23-ə yüksəldən “Turan Tovuz” turnir cədvəlinin altıncı pilləsindəki mövqeyini möhkəmlədib. “Kəpəz” isə aktivindəki 14 xalla doqquzuncu yerdədir.