Azərbaycan çempionatında danışılmış oyunlarla bağlı narahatlıq artmaqdadır.
Bu haqda redaksiyamıza AFFA-dan yeni məlumat daxil olub.
Federasiyadan əldə etdiyimiz xəbərə görə, UEFA Bakıya növbəti serkulyar məktub göndərib.
Avropa futbol qurumu həmin məktubda AFFA-nı I Liqa ilə əlaqəli bəzi yeni bigilərlə tanış edib. Belə ki, UEFA aşağı liqanın cari mövsümündə keçirilən 10-a yaxın oyunun nəticəsinin şübhəli olmasını qeyd eləyib.
Burada adı ən çox çəkilən komanda isə «Mingəçevir»dir.
Belə ki, təşkilatın daxilində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarından ibarət orqan müxtəlif leqal və qeyri-leqal bukmeyker kontorlarından məlumatlar toplayıb.
Bu zaman məlum olub ki, ayrı-ayrı ölkələrdən I Liqanın son 6-7 turuna külli miqdarda pul qoyuluşu edilib. Əsasən də «Mingəçevir»in məğlubiyyətlərinə böyük məbləğdə «stavka» qoyulub.
«Mingəçevir» 10 tura 6 xal toplayıb. SOCAR-ın sabiq funksioneri Adnan Əhmədzadənin himayəsinə götürmək istədiyi «işıqçılar» bu nəticə ilə turnir cədvəlinin sonuncu - 10-cu pilləsinə yuvarlanıb.
SPORTİNFO.AZ