COP29

Azərbaycan futbolunda növbəti biabırçılıq: Təhqirin biri 1 qəpikdən... VİDEO

8 Avqust 17:40 Qalmaqal 7 445
Azərbaycan futbolunda növbəti biabırçılıq: Təhqirin biri 1 qəpikdən... VİDEO

II Liqada mübarizə aparan «Qusar»ın qeyri-rəsmi baş məşqçisi Kamran Əlibabayevə aid yeni görüntlər üzə çıxıb.

Sosial şəbəkələrdə geniş yayılan kadrlarda onun aqressiv hərəkətləri ön plana çıxır.

Belə ki, rəqib futbolçuların kobud oyunundan sonra özünə əl qatan çalışdırıcı tribunadan aşağı enib. Hirsini boğa bilməyən Əlibabayev, belə deyək, «gözünü yumub, ağzını açıb».

Leksikonunda nə təhqirlər varsa, bir çoxunu burada işlədib. Onun əsəblərinə hakim olmaması meydandakıları bir qədər də qızışdırıb.

Nəticədə ara qarışıb, məzhəb itib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti