COP29

"Neftçi"nin legioneri azarkeşlərə qarşı BİABIRÇI HƏRƏKƏT etdi - QALMAQAL!

11 Avqust 00:30 Qalmaqal 2 499
"Neftçi"nin legioneri azarkeşlərə qarşı BİABIRÇI HƏRƏKƏT etdi - QALMAQAL!

"Neftçi" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın azarkeşləri ilə futbolçular arasında gərgin anlar yaşanıb.

"Neftçi" fanatları nəticədən narazı qalıblar. Onlar qarşılaşma başa çatdıqdan sonra komandanı yanlarına çağıraraq etirazlarını bildiriblər.

Kapitan Emin Mahmudov azarkeşlərlə danışarkən müdafiəçi Ervin Koffi tribunadan gələn iradlara əsəbləşib.

Fransalı legioner əlində olan su butulkasını fanatlara tərəf atıb. Bu, gərginliyin daha da artmasına səbəb olub, nəticədə polis əməkdaşları aranı sakitləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti