AFFA U-16 Liqasının yarımfinalı çərçivəsində keçirilən “Zirə”-“Neftçi” matçında xoşagəlməz hadisə yaşanıb.
Sportinfo.az xəbər verir ki, matçın 36-cı dəqiqəsində yerli azarkeşlər qonaq komandanın köməkçi məşqçisi İsmayıl Məmmədova hücum çəkərək, onu döyüblər.
İsmayıl Məmmədov Azərbaycan millisinin sabiq yarımmüdafiəçisidir. Vaxtilə bir sıra aparıcı klublarda, eləcə də “Neftçi“də forma geyinib.
“Neftçi TV”nin canlı yayımına düşən həmin görüntüləri təqdim edirik: