COP29

Premyer Liqa klubunda rəhbərlə baş məşqçi arasında maaş üstündə "qırğın" düşdü!

7 İyun 14:00 Qalmaqal 4 615
Premyer Liqa klubunda rəhbərlə baş məşqçi arasında maaş üstündə "qırğın" düşdü!

«Kəpəz» növbəti dəfə gərginlik ocağına dönüb.

«Turan Tovuz»dan təklif alan Adil Şükürov daha Gəncə təmsilçisini çalışdırmağla həvəs göstərmir.

Komandanı Premyer Liqada saxlayan baş məşqçi klub rəhbərliyindən müqavilə şərtlərinə əməl etməsini istəyir. Burada isə «əmma» maliyyə ilə bağlıdır.

Ötən ilin oktyabrında Azər Məmmədovun yerinə gələn mütəxəssis geridə qalan müddətdə 6500 manat aylıq maaş alıb.

Əgər «sarı-göylər» I Liqaya yuvarlansaydı, o, əməkhaqqının 3000 manata endirilməsi şərtiylə qalıb işləməyə davam edəcəkdi.

Əksi olduğu halda isə bu rəqəm 12 min manata çatdırılmalı idi. Hər halda tərəflər arasında sövləşmə bu aspektdə gerçəkləşib.

Şükürov üzərinə götürdüyü öhdəliyi yerinə yetirib və indi məvacibinin göstərilən həddə çatdırılmasını istəyir. İlqar Nadiri isə bu qədər əməkhaqqı verməyə güclərinin çatmadığını deyərək, «val»ı dəyişməyə çalışır.

Təbii ki, baş məşqçi İdarə Heyətinin dəsmal götürüb ağlamasına daha inanmır və iki ayağını bir başmağa dirəyərək, ondan öhdəliyinə riayət etməsini gözləyir.

Dediyi olmasa, yəqin ki, «Kəpəz»də qalmayacaq. Hər halda biz Şükürovu gündə beş dəfə fikrini dəyişən, sözünün arxasından çəkilən biri kimi tanımırıq.

Ağzından söz çıxıbsa, sonadək üstündə dayanacaq, rəhbərin qarşısında əyilməyəcək.

Niyə də əyilsin, o, gəlməsəydi, «Kəpəz» Premyer Liqanı tərk edəcəkdi. İlqar Nadirinin bəxti onda gətirdi ki, əvvəl Tərlan Əhmədov, indi də Adil Şükürov onu fiaskoya uğramaqdan qurtardı.

Bəs bu dəfə? Güman ki, İdarə Heyətinin sədrinin növbəti «fənd»i Şükürova keçməyəcək.

Öz aramızdır, ağıllı məşqçsi İlqar Nadiri ilə şərti şumda kəsər və sonradan nala-mıxa vurmaz.

Şükürovun bu qədər əməkhaqqı istəməyə haqqı çatır və istəməlidir də. Sədr gedib ondan yaxşısını tapıb gətirməyəcək ki..?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti