COP29

Qurban Qurbanov və tanınmış simalar Putindən kimin xahişini etdi?

2 Yanvar 2021 20:40 Qalmaqal 7 202
Qurban Qurbanov və tanınmış simalar Putindən kimin xahişini etdi?

Bilindiyi kimi, "Dinamo" idman cəmiyyətinin Moskva şöbəsinin keçmiş birinci müavini Vladimir Mixalevski İspaniyadan Rusiyaya ekstradisiya edilib.

Veteran futbolçu böyük miqdarda əmlakın mənimsənilməsində günahlandırılır.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü bəndinə əsasən, bu norma üzrə maksimum cəza 10 ilədək həbsdir.

İstintaq şöbəsi onun idman cəmiyyətinə 21 milyon rubldan çox ziyan vurduğunu iddia edir. Amma cinayətin törədildiyi vaxt bildirilmir. Mixalevskinin günahını qəbul edib-etmədiyi də hələ dəqiqləşdirilməyib.

2019-cu ilin dekabrında axtarışa verilmiş keçmiş müdafiəçi İspaniyada ələ keçirilib. 2020-ci ilin oktyabrında İspaniya tərəfi Rusiya Baş Prokurorluğunun ekstradisiya tələbini təmin edib.

Mixalevski Federal Penitensiar Xidmətin və İnterpolun Rusiya Bürosunun əməkdaşlarının müşayiəti ilə Moskvaya gətirilib.

O, futbolçu karyerası ərzində Ukraynanın "SK Odessa", həmçinin Azərbaycanın "Neftçi" və "Gənclik" komandalarının formasını geyinib. "Ağ-qaralar"ın heyətində SSRİ çempionatında 185 oyun keçirmiş veteran müdafiəçi 4 qol vurub.

Sportinfo.az-ın məlumatına görə, Azərbaycan futbolunun bir sıra tanınmış simaları onun işinə ədalətli baxılması üçün

Rusiya Fedarasiyasinin prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvdəri İskəndər Cavadov, Kazbek Tuayev və başqaları sənədə öz imzasını atıb.

Onlar veteran futbolçunun bu sahədəki xidmətlərinin nəzərə alınmasını Putindən xahiş edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!