AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik sərt tədbir görüb.
Sportinfo.az-ın məlumatına görə, avstriyalı funksioner komitənin aparıcı mütəxəssisi olan Şahin Cəfərovu buradan uzaqlaşdırıb.
Sədr buna səbəb kimi Cəfərovun işinə etinasız yanaşmasını və ona aid olmayan məsələlərə qarışması ilə əlaqələndirib.
Cəfərov uzun illərdir federasiyada çalışır. Veteran futbolçu bu sahənin peşəkarlarından sayılır. O, Premyer Liqa oyunlarına hakim-inspektor olaraq təyinat alırdı.