Azərbaycan millisinin üzvü Ayşən Əhmədova karyerasında dəyişiklik edib.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, müdafiəçi PAOK-dan ayrılıb.
Yunanıstanda çempion olduğu klubdan ayrılan Əhmədova legioner həyatına davam edəcək.
Belə ki, millimizin futbolçusu "Krılya Sovetov"la anlaşıb.
Əhmədova 2024/2025 mövsümünün sonuna qədər Premyer Liqa klubuna məxsus olacaq.