17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Belarusun paytaxtı Minskdə təşkil olunacaq oyunlara hazırlıq məqsədilə aprelin 25-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
17 yaşadək kişi futbolçulardan ibarət Azərbaycan millisi də bu turnirdə iştirak edəcək.