AFFA prezidenti Rövnəq Abdullayev qadın futbolçulardan ibarət Azərbaycan millisini mükafatlandırıb.
Buna səbəb komandanın UEFA Millətlər Liqasının C Liqasında yer aldığı 3-cü qrupu lider bitirməsidir.
Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda çıxış edən yığma 5 qələbə, 1 heç-heçəyə imza ataraq B Liqasına yüksəlib.
Federasiya rəhbəri bu münasibətlə Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektivə öz səxavətini göstərib. Milli üzvlərinin hər birinə 15 min manat civarında mükafat ödənilib.
SPORTİNFO.AZ