Qadın futbolçulardan ibarət “Neftçi”nin Çempionlar Liqasının I təsnifat mərhələsində Avstriyanın “Sent Polten” klubuna qarşı keçirəcəyi yarımfinal oyununun başlama saatı açıqlanıb.
Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 4-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Albaniyanın “Vlajniya” və Gürcüstanın “Lançxuti” komandaları arasında keçiriləcək digər yarımfinal görüşü də eyni saatda başlayacaq.
Bu qrupun oyunları Gürcüstanda keçiriləcək. İyulun 7-də yarımfinalın qalibləri II raunda vəsiqə uğrunda mübarizə aparacaqlar.
Uduzanlar isə 3-cü yer uğrunda görüşdə münasibətlərini aydınlaşdıracaqlar.